Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil müəssisələrinin şagirdləri arasında "Ədəbiyyat biliciləri" müsabiqəsinin şəhər mərhələsi keçirilib.
APA-nın xəbərinə görə, təhsil nazirinin əmrinə əsasən təşkil edilən müsabiqə məktəb, rayon-şəhər, ölkə üzrə olmaqla 3 mərhələdə VIII-XI sinif şagirdləri arasında keçirilir.
Bildirilib ki, paytaxtdakı 258 nömrəli tam orta məktəbdə və Məktəb-Lisey Kompleksində keçirilən şəhər mərhələsində Bakının 12 inzibati rayonu üzrə ümumi təhsil məktəblərindən 176 şagird iştirak edib.
Şagirdlərə 2 variant üzrə Azərbaycan və dünya ədəbuyyatından 12 açıq sual verilib, eyni zamanda müsabiqə iştirakçıları verilən mövzu üzrə esse yazıblar.
Müsabiqənin şəhər mərhələsinin qalibləri final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.