İran İslam Respublikasının ərazisində yenidən güclü zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ bu gün saat 15.39-da Naxçıvandan 82 km cənub-qərbdə, İran İslam Respublikasının ərazisində Mərənddən 26 km qərbdə qeydə alınıb. Zəlzələnin maqnitudası 5.20, dərinliyi 10 km olub.
Zəlzələ Naxçıvan və Ordubad ərazisində 3 bala qədər hiss olunub.