Hindistan orbitə buraxılan peyklərin sayına görə dünya rekordunu yeniləyib.
AzərTAc BBC-ə istinadla bildirir ki, bu ölkə orbitə 104 peyk göndərib. Lakin onlardan cəmi üçü yerli istehsalın məhsuludur. Digərləri isə əsasən ABŞ olmaqla, xarici ölkələrdə istehsal edilib.
Qeyd edək ki, Rusiya 2014-cü ildə orbitə göndərdiyi 34 peyk ilə rekorda nail olmuşdu.