|
|
|
|
Axşam.az xarici KİV-ə istinadən limon, duz və istiotun faydalarını təqdim edir:
1. Boğaz müalicəsi - bir limonun suyu, bir cimdik duz və qara istiotu qarışdırıb çalxalayın və boğaz iltihablarında qarqara kimi istifadə edin.
2. Ürək bulanması - bir stəkan suda istiot, limon suyu qarışdırıb yavaş-yavaş için.
3. Arıqladır - bir stəkan suda 1/4 çay qaşığı qara istiot, 2 yemək qaşığı limon suyu, 1 yemək qaşığı balı qatıb hər gün için.
4. Diş ağrısına qarşı - mixək və istiotu qataraq ağrıyan yerə sürtün.
5. Qızdırma salıcı - ballı isti çaya limon əlavə edin və için. Pambığa limon suyu damızdıraraq, burnunuza tampon edin.