ABŞ prezidenti Barak Obama Boston marafonunda baş verən partlayışın qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə bu hücumu həyata keçirənlərin tapılacağına söz verib.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Obama bütün xalqın partlayışda ölənlərin ailələrinin və yaralananların yanında olduğunu bildirib və bu hücumların Amerika xalqını qorxutmadığını söyləyib: "Məqsədləri bizi qorxutmaq, dəhşətə salmaq, bizi biz edən dəyərlərimizdən qoparmaq idisə, bunun üçün yanlış şəhəri seçdikləri aydındır".
Obama terror aktını həyata keçirənlərə "Sizi tapacağıq və ədalətlə qarşı-qarşıya gələcəksiniz" mesajını göndərib.
ABŞ prezidenti çıxışını bitirib yerinə keçdikdən sonra isə kövrəlib. Göz yaşlarını silən Obamaya həyat yoldaşı Mişel Obama təsəlli verib.