"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində fevralın 16-sı gündüzdən 17-si səhərədək qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, qar yağıb, bəzi yerlərdə intensiv olub".
ETSN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-11, Lənkəran-Astara zonasında 3-35, Kiçik Qafqazda 2-9, Böyük Qafqazda 3-17, Mərkəzi-Aran rayonlarında 1-13, Qazax-Gəncə zonasında 1-7 mm təşkil edib.
Havanın minimal temperaturu fevralın 16-da Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək şaxta, Aran rayonlarında 1-4, dağlıq rayonlarda və Naxçıvan MR-da 10-17 dərəcə şaxta təşkil edib.