Bakıda güclü qarın yağması və yolların buz bağlaması nəticəsində ötən sutka ərzində 23 nəfər yıxılaraq xəsarət alıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya bildirib ki, bir vətəndaşa yerində ilkin yardım göstərilib, 22-si isə xəstəxanaya yerləşdirilib:
“Onların arasında ciddi xəsarət alanlar yoxdur. Əsasən yuxarı və aşağı ətrafların zədələnməsi müşahidə edilir”.