Fevralın 18-də Münhendə Azərbaycan prezidenti İlham Əliyev ilə Türkiyənin baş naziri Binəli Yıldırımın görüşü olub.
APA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Görüşdə ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi və bunun məmnunluq doğurduğu bildirilib. Azərbaycanla Türkiyənin Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və digər böyük layihələri uğurla həyata keçirdiyi, bu sahədə əməkdaşlığın davam etdirildiyi qeyd olunub.
Baş nazir ölkəsində gedən proseslər və referenduma hazırlıqdan danışıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.