Misir Mərdanov təhsil naziri vəzifəsindən azad edilib.
525.az-ın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Çingiz oğlu Cabbarov təhsil naziri təyin edilib.