Prezident İlham Əliyev Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisi ilə bağlı sərəncam verib.
525.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Bakı şəhərində Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisi ilə əlaqədar Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.