”Azərbaycanın Rusiyadan silah alması xoşumuza gəlmir”.
APA-nın məlumatına görə, bunu “RİA Novosti”yə müsahibəsində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.
O, ölkəsinin qüvvələr balansını qorumaq üçün səylərini artırmağa məcbur olduğunu bildirib:
“Əlbəttə, Minsk qrupunun həmsədri kimi regionda sülh və sabitliyin qorunması üçün çoxlu səylər göstərən müttəfiq ölkədən Azərbaycanın silah alması xoşumuza gələ bilməz”.