Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, aprelin 21-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 8-13 dərəcə, bəzi yerlərdə 16 dərəcəyədək isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə, aprelin 21-də havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8 dərəcə, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-5 dərəcə isti, bəzi yerlərdə 2 dərəcəyədək şaxta olacağı gözlənilir.