Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində əksər hissəsi nəzarət altına alınan Əl-Bab şəhərində təmizləmə əməliyyatı davam edir.
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün türk əsgərləri şəhərdə minaya düşüb. Nəticədə 1 əsgər həlak olub, 2 əsgər yaralanıb.
“Fərat qalxanı” əməliyyatının başladığı 2016-cı il 24 avqust tarixindən bu günə qədər Türkiyə ordusunun Suriyada verdiyi itkilərin sayı 69-a çatıb.