Ermənistan baş naziri Karen Karapetyan Gürcüstana səfər edəcək.
APA-nın “newsgeorgia.ge” saytına istinadən verdiyi məlumata görə, fevralın 23-də başlayacaq səfər iki gün davam edəcək.
Səfər zamanı K. Karapetyan Gürcüstan prezidenti Georgi Marqvelaşvili və baş nazir Georgi Kvirikaşvili ilə görüşlər keçirəcək. Görüşlər zamanı ikitərəfli münasibətlər müzakirə olunacaq.