Paraqvayda aprelin 21-də keçirilmiş prezident seçkisinin ilkin nəticələri açıqlanıb.
Seçki Komissiyasının məlumatına görə, biznesmen Orasio Kartes 45.9% səslə dövlət başçısı seçilib. Liberal Partiyasını təmsil edən Efrain Aleqre 36.8% səslə ikinci olub və məğlubiyyətini etiraf edib.
Əvvəlki prezident Fernando Luqo 2012-ci ilin iyun ayında istefaya göndərilib və prezident səlahiyyətləri vitse-prezident Federiko Frankoya keçib.
mediaforum