https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
https://525.az/img/pics/medium/2024-04/311276_uky9bje22g.jpg "Şeirin taleyi haqqında son hökm oxucunundur..."
search
25 Aprel 2024

Prosineçki: "Nizami Hacıyev futbol fəlsəfəmə uyğun deyil"

Prosineçki: "Nizami Hacıyev futbol fəlsəfəmə uyğun deyil"

Milli komandamız 2018-ci il dünya çempionatının seçmə mərhələsinə hazırlıq çərçivəsində Qətər yığması ilə yoldaşlıq oyununa 2 yeni futbolçu dəvət ediləcək.

Qol.az-ın xəbərinə görəz, bunu “CBC Sport”a millimizin baş məşqçisi Robert Prosineçki CBC Sport-a açıqlamasında milliyə 2 yeni futbolçunun çağırılacağını deyib: "Qətərlə oyun üçün təxminən 25 futbolçuya dəvət göndərmək niyyətindəyəm. Onlar yalnız ölkə çempionatında oynayanlar olacaq. Yoldaşlıq görüşü olduğundan, legionerləri çağırmayacağam, həm də çıxış etdiyi klublar onları çətin buraxsın. Məsələn, Ramil Şeydayevə dəvət göndərsəm, o, yeni klubunda 4 gün məşq prosesini buraxacaq və heyətə düşmə şansları azalacaq. Bu sözlər Dəniz Yılmaz, Eddi İsrafilov, Dmitri Nazarova da aiddir. Amma dəvət göndərəcəklərim arasında 2 yeni futbolçu olacaq. Hansı ki, onları heç vaxt millidə görməmisiniz”.

Nizami Hacıyev, Cavid Hüseynov, Amit Quluzadənin yığmaya çağrılıb-çağrılmayacağı müzakirə olunur. Bu haqda xorvatiyalı mütəxəssisin fikri belə olub: "Uzun müddət idi ki, Cavid Hüseynov milliyə çağrılmırdı. Amma mən gələndən sonra onun yenidən yığmada oynamaq şansı yarandı. Hazırda Cavidi izləyirəm. Qətərə aparacağım isə hələ sual altındadır. İndi Yunanıstan çempionatında çıxış edən Amit Quluzadəni hələ “Sumqayıt”da oynayanda izləyirdim. Amma onun oyun təcrübəsi azdır. Rauf Əliyevin zədəsi təzə sağaldığından, dəqiq fikir söyləyə bilmərəm. O ki qaldı Nizami Hacıyevə, yaxşı futbolçu olsa da, mənim futbol fəlsəfəmə uyğun deyil”.

Milli komandamızın qapıçısı Kamran Ağayevin çıxış etdiyi “Boavişta”da əsas heyətə düşə bilməməsi ciddi müzakirə mövzusudur. Bu məsələdə Robert Prosineçki nə düşünür?

"Kamran Ağayev Azərbaycanın ən güclü qapıçısıdır - bir nömrədir. Oyun təcrübəsi əlbəttə ki, məni qane etmir. Özü də bu yalnız Kamrana aid deyil, legionerlərimiz axır vaxtlar az oynayırlar. Bu isə milli üçün böyük problemdir. “Sumqayıt”ın qapıçısı Fərhad Vəliyevə gəldikdə, çox təcrübəlidir. Amma mən gənc qapıçıya üstünlük verəcəyəm. Çünki mən 2018-ci ilin dünya və 2020-ci il Avropa çempionatlarını, yəni millinin gələcəyini düşünürəm”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.