"Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə və davamlı həllinə nail olmaq məqsədilə aparılan Minsk qrupu prosesinə sadiqdir”.
APA-nın məlumatına görə, bunu ABŞ-ın BMT-dəki səfiri Nikki Haley BMT-in Təhlükəsizlik Şurasının “Avropada Təhlükəsizlik” sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, ABŞ tərəfləri atəşkəsə riayət etməyə, etimadın möhkəmlənməsi üzrə razılaşdırılmış tədbirləri həyata keçirməyə və danışıqları bərpa etməyə çağırır.