Azərbaycanda "Peşəyönümlü təhsilə yardım" İctimai Birliyi fəaliyyətə başlayıb. Sözügedən qeyri-hökumət təşkilatının əsas məqsədi təhsil sahəsində dövlət siyasətinə dəstək verməkdən ibarətdir.
Təşkilatdan verilən məlumata görə, müxtəlif metodik tövsiyələrdən istifadə edilməklə aparılan peşə məsləhətləri şagirdlərin gələcəkdə həyatda layiqli yerlərini tutmalarına xidmət edəcək.
Peşə məsləhətlərinin gənc nəslin gələcək taleyində, onların məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq yaradılan "Peşəyönümlü təhsilə yardım" İctimai Birliyin rəhbəri və təsisçisi Azərbaycan Dövlət Pedaqoji Universitetin "İKT Mərkəzi"nin direktoru, dosent, professor İlham Əhmədov və Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinin müəlliməsi İradə Əlilidir.
Afət ZEYNALOVA