https://525.az/img/pics/medium/2024-04/310578_my8e7ua1yj.jpg “525-ci qəzet”in 19 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-04/310474_5r5gk77yic.jpg Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs
search
19 Aprel 2024
18 Aprel 2024

Flora Kərimovadan Zeynəb Xanlarovaya sərt ittiham: "Heç vicdanın sızıldamadı?”

Flora Kərimovadan Zeynəb Xanlarovaya sərt ittiham: "Heç vicdanın sızıldamadı?”

Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın Milli Məclisin son iclasında Qarabağ problemi ilə bağlı etdiyi çıxışa Xalq artisti Flora Kərimova tərəfindən sərt reaksiya verilib.

Axşam.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, F. Kərimova həmkarının ünvanına bir sıra ittihamlar səsləndirib. Onun açıqlamasını olduğu kimi təqdim edirik:

“On gün öncə Ermənistan-Azərbaycan Sülh Platforması qoşulmasını aləmə car çəkən Zeynəb, ATƏT Minsk Qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayan Zeynəb, bu fəaliyyəti dəstəkləyərək erməni və Azərbaycan xalqlarının birgə yaşayışa əlaqədar ümumi ənənələrinə istinad edən Zeynəb, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürlərinin yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd edən Zeynəb, xalqların sülh şəraitində birgə yaşayışını və uzun müddətdir davam edən münaqişənin həllini dəstəkləyən Zeynəb bu gün “Mən niyə ATƏT-ə qulaq asmalıyam?“ soruşur!!!

Ömrü boyu sülh tərəfdarı olmusan dediyinə görə və 30 ildir ki, Milli Məclisdəsən. İndimi başa duşdün nə qədər şəhid verdiyimizi?

30 ilmi gərək idi ki, sən bunu anlayasan? Bu illərdə Sumqayit hadisələri oldu, “20 Yanvar” oldu, Qarakənd Faciəsi törədildi, Xocavənd, Şuşa, Laçın, Kəlbəcər,Xocalı, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan alındı, Milli Məcilisdə dəfələrlə üsyaninin şahidi olduğun Çingizimizi (Çingiz Mustafayev) ölürdülər, qumbara ilə özünü partladan QARATEL cəsədini də düşmənə təslim elemədi, Ağdərəni geri qaytardıq bir həmləmizlə, sonra atəşkəsə məcbur etdilər, buna baxmayaraq hər gün cəbhədən şəhid gəlirdi və indi də davam edir. MÜBARİZ oğlumuzun ağlasığmaz şücaəti ilə qürrələndik. 2016-ci ilin Aprel döyüşləri oldu və yenədə ATƏŞKƏS ...

Və bu hadisələrin gedişatında sən hələ də deputat idin!

O zaman da sənə elə sənin sözünlə desək “çatmırdı” ki, QARABAĞ var, qarabağlı var, şəhidlərimiz var, qaçqınlarımız var, ağlayan ana-bacılarımız var, atalar var?! İndiyə kimi əsirlikdə yaşayan qadınlarımız var!!!

Milli Məclisin gündəminə çıxarılmasaydı “Xocalı”, 10 gün öncə Xalq artisti adını daşıdığın düşmənlərimizlə “sülhə” çağırıb sonra millətin nifrətindən qorxub “Qarabağın alınmalıdır” demək üçün 30 ildə bu ilk fürsət idimi əlinə düşən?

30 il gözlədin ki, sülhə səsləyəsən, 10 gün sonra müharibəyə???

30 ildə 20 Yanvardan sonra “bir il oxumayacam (???)” deyib, bir il sonra Azərbaycan suverenliyinin əleyhinə səs verdin “deputat-müğənni” (1991-ci ildə) tarixi bir vərəqlə!!! Və bu 30 illərdə Ermənistanın Xalq artisti adından bərk-bərk yapışıb, nala-mıxa vurmaqla “sülh tərəfdarı” olmaqmı olar?

Zeynəb: "müharibə edək, qoy onlar da qırılsın, biz də…" deyirsən. Sən nə qırırsan görəsən? tarlada çəyirtkə, yoxsa inkubatorda cücələri? Erməninin balası qırılsın, qırılmalıdır da, bəs mənim oğlum, millətimin oğullari? İndiyə kimi şəhid olanlar sənin üçün elə “qırılanlardır”?

Vətənim üçün əsgərliyinin birinci günü vurulan əsgəri, əsir düşüb ölənə kimi zorlanılan qızı, ana bətnində doğulmadan öldürülən, bu vətənin bir gün işiğını görməyən körpəsi bu 30 ildə heç vicdanını sızlatmadı???!!!

Bunlardan sonra “dünyanın xoşbəxti mənəm!” oxuyanda bu 30 ildə baş verən hadisələrin biridəmi yadına düşmədi?

Yaddaşsız yaşamaq çətin deyilmi?”

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.