Sabah - fevralın 26-da metronun "Xətai" stansiyası saat 12:00-a qədər bağlı olacaq.
Bunu "APA-Economics"ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
“Saat 12:00-dan "Xətai" stansiyasına giriş açıq olacaq. 15:00-dan etibarən isə "Cəfər Cabbarlı" və "Xətai" stansiyaları normal qrafiklə fəaliyyətini davam etdirəcək”, - deyə N.Paşayev vurğulayıb.