İctimai Teleradio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov bu gün kollektivlə vidalaşıb.
Lent.az-ın məlumatına görə, bu barədə televiziyanın əməkdaşlarından biri “facebook” sosial şəbəkəsindəki statusunda yazıb: “Vidalaşdıq. Bu qədər hüznlü vida mərasimi görməmişdim. Son dəfə kollektivin qarşısında çıxış edib getdi. Hamı ağladı”
Qeyd edək ki, İctimai Televiziyanın hazırkı rəhbəri İctimai TV-nin baş direktoru vəzifəsinə namizədliyini irəli sürməyib. İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçki isə sabah keçiriləcək.