Ağ Evi nüfuzdan salan informasiyaların mediaya sızdırılmasının arxasında keçmiş prezident Barak Obama və onun ətrafı durur.
APA-nın məlumatına görə, bu sözləri ABŞ prezidenti Donald Tramp “Fox News”-a müsahibəsində deyib.
O bunun çox ciddi məsələ olduğunu, ABŞ-ın milli təhlükəsizliyinə təsir etdiyini bildirib. Donald Tramp bu kimi xəbər sızdırmaların hələ də davam etdiyini qeyd edib.
Daha əvvəl CNN ABŞ prezidenti Donald Trampın Ağ Ev əməkdaşlarının jurnalistlərlə danışıb-danışmamasını öyrənmək üçün onların mobil telefonlarını yoxlamaq barədə qərar verdiyini yazmışdı.