Aprelin 21-də Tovuz rayonunda faciəvi hadisə baş verib.
Rayon polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Alakol kəndi ərazisində Ağstafadan Bakıya gələn sərnişin qatarı minik avtomobilini vurub. Qorunmayan keçiddə qatarın Tovuz rayon Qovlar şəhər sakini 1978-ci il təvəllüdlü Hüseynov İlqar Vahid oğlunun idarə etdiyi 20 BT 702 nömrə nişanlı “QAZ 3110” markalı avtomobillə toqquşması nəticəsində maşında olan 25-30 yaşlı qadın hadisə yerindəcə keçinib. Sürücü isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata görə, qatar avtomobili 200 metr sürükləyib. Faktla əlaqədar araşdırma aparılır.