Hacıqabul rayon Polis Şöbəsinə yeni rəis təyinatı olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, daxili işlərə naziri Ramil Usubovun müvafiq əmri ilə Hacıqabul rayon Polis Şöbəsinin rəisi vəzifəsinə polis polkovnik-leytenantı Məmməd Marif oğlu Hüseynov təyin edilib.
Məmməd Hüseynov indiyədək Zərdab rayon Polis Şöbəsinin rəisi olub.