|
|
|
|
ABŞ Dövlət Departamentinin sözçüsü Patrik Ventrell Türkiyədə pianoçu-bəstəkar Fazil saya verilən cəzayla bağlı sualı cavablandırıb.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, sSözçü ABŞ-ın ifadə azadlığı haqqını dəstəklədiyini, ancaq hər hansı dinin mənsublarını qəsdən qaralayan sözləri də qəbul etmədiklərini söyləyib.
Türkiyədə ifadə azadlığıyla bağlı narahatlıqlarında yüz faiz konkret olduqlarını bildirən Ventrell "Beynəlxalq səviyyədə tanınmış haqq olan ifadə azadlığından istifadə etdikləri üçün fərdlərin cəzalandırılması istiqamətindəki hər cür təşəbbüsdən narahatıq. Bu cür qanunların əsas insan haqları prinsipləriylə üst-üstə düşdüyünə inanmırıq" deyib.
Sözçü bununla yanaşı, nifrət ehtiva edən sözləri də qınadıqlarını, hər hansı dinin mənsublarını qaralayan ifadələri qəbul etmədiklərini bildirib: "Eyni zamanda da ifadə azadlığı haqqının güclü dəstəkçisiyik. Türkiyədə uzunmüddətli stabilliyi, təhlükəsizliyi və rifahı təminat altına almağın yolu bütün demokratiyalar üçün kritik əhəmiyyət daşıyan ifadə, toplanma və dərnək qurma azadlıqlarını dəstəkləməkdir".