https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
https://525.az/img/pics/medium/2024-04/310544_k4ade02sjo.jpg Estetik əməliyyatlara maraq niyə artır?
https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
search
20 Aprel 2024
19 Aprel 2024

"Barselona"dan fantastik qələbə

"Barselona"dan fantastik qələbə

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.

Qol.az-ın məlumatına görə, dünən 1/4 finalın daha iki iştirakçısının adı məlum olub.

Əsas diqqətlər Barselonaya yönəlib. Parisdə gözlənilmədən PSJ-yə 0:4 hesabı ilə uduzan "Barselona" bu dəfə rəqibi ilə "Nou Kamp"da qarşılaşıb. Kataloniyalılar ilk görüşdəki ağır məğlubiyyətin əvəzini çıxmağa çalışıb. "Barsa" ikinci hissənin əvvəlində 3:0 hesabı ilə önə keçsə də, Kavaninin qolu meydan sahiblərinin ümidinin üstündən xətt çəkib. Lakin görüşün sonluğu inanılmaz alınıb. Hakimin matçın sonuna əlavə etdiyi dəqiqələrdə 2 qol vuran Luis Enrikenin komandası 6:1-lik fantastik qələbə qazanıb.

Günün digər qarşılaşmasında isə "Benfika" Dortmund "Borussiya"sının qonağı olub. Portuqaliyada keçirilən ilk görüşdə "Benfika" 1:0 hesabı ilə qalib gəlsə də, 1/4 finala adlayan tərəf almanlar olub. Rəqibin qapısından 4 cavabsız qol keçirən "Borussiya" mübarizəni davam etdirir.

Çempionlar Liqası 

1/8 final mərhələsi, cavab oyunları

8 mart

“Barselona” (İspaniya) - PSJ (Fransa) 6:1
Qollar
: Suarez, 4 (1:0), Kurzava, 40-avtoqol (2:0), Messi, 48-pen (3:0), Kavani, 62 (3:1), Neymar, 88 (4:1); 90-pen (5:1), S. Roberto, 90+5 (6:1)
İlk oyun - 0:4

“Borussiya” (Dortmund, Almaniya) - “Benfika” (Portuqaliya) 4:0
Qollar
: Aubameyanq, 4, Pulisiç, 59, Aubameyanq, 61; 80
İlk oyun - 0:1

7 mart

“Arsenal” (İngiltərə) - “Bavariya” (Almaniya) - 1:5
İlk oyun
- 1:5

“Napoli” (İtaliya) - “Real” (İspaniya) - 1:3
İlk oyun
- 1:3

14 mart

23:45. “Yuventus” (İtaliya) - “Portu” (Portuqaliya)
İlk oyun
- 2:0

23:45. “Lester” (İngiltərə) - “Sevilya” (İspaniya)
İlk oyun
- 1:2

15 mart

23:45. “Monako” (Fransa) - “Mançester Siti” (İngiltərə)
İlk oyun
- 3:5

23:45. “Atletiko” (İspaniya) - “Bayer Leverkuzen” (Almaniya)
İlk oyun
- 4:2

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.