https://525.az/img/pics/medium/2024-04/311395_vptuc1dqol.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
search
25 Aprel 2024

İslamiada ilə bağlı diplomatik brifinq

İslamiada ilə bağlı diplomatik brifinq
İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və Azərbaycan Xarici İşlər Nazirliyinin birgə əməkdaşlığı ilə “Boulevard Hotel”də 60 ölkədən Azərbaycanda akkreditə olunmuş 100-dən çox diplomatik nümayəndəliklərin rəhbərləri üçün diplomatik brifinq təşkil edilib.
 
Bakı-2017-dən apasport.az saytına verilən məlumata görə, brifinqdə diplomatik nümayəndəliklərə oyunların təhlükəsizlik və akkreditasiya sahələrinə dair yeniliklər barədə məlumat verilib.
 
Bununla yanaşı, diplomatlar gələcəkdə ölkəmizdə keçiriləcək idman yarışları haqqında da məlumatlandırılıblar.
 
IV İslam Həmrəyliyi Oyunlarında gerçəkləşəcək son yeniliklər haqda danışan Bakı-2017-nin Əməliyyat Komitəsinin protokol şöbəsinin direktoru Pol Foster bildirib ki, yarışa beynəlxalq aləmdə böyük həvəs və maraq olacaq: “Bu oyunlara marağın yaranmasında, onun təbliğatında sizin də əməyiniz və dəstəyinizə ehtiyac var. Yarışla bağlı məlumatların sizə geniş şəkildə çatdırılması çox böyük önəm daşıyır”.
 
Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Könül Nurullayeva milli olimpiya komitələrinin İslam Oyunlarında oynadığı rollar barədə danışarkən qeyd edib ki, IV İslam Həmrəyliyi oyunları zamanı ölkəmizə təşrif buyuracaq hər bir idmançı ədalətli oyun nümayiş etdirib, bir-birinə hörmət və dəstək göstərəcək: “İnanıram ki, biz bir ailə kimi bütün komandaları dəstəkləyəcəyik və hər birinə qələbə qazanmaları üçün uğurlar arzu edəcəyik”.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.