"Facebook"un yaradıcısı Mark Zukerberq ikinci dəfə ata olacaq.
Axşam.az-ın məlumatına görə, Mark xanımı Prisçilla Çanın hamilə olması barədə xəbəri profilində yazıb:
"Prisçilla və mən sevinclə bildirmək istəyirik ki, bizim daha bir qızımız olacaq".
Qeyd edək ki, cütlük 2003-ci ildə tanış olan cütlük 9 il sonra ailə qurub. 2015-ci ilin dekabrında isə onların ilk övladı - Maks adlı qızları dünyaya gəlib.