https://525.az/img/pics/medium/2024-03/308276_6v9cixp5v4.jpg İnsan olmağın tək yolu
https://525.az/img/pics/medium/2024-03/308267_f619kgr6f3.jpg Doğma Dərələyəz
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Şeytana qarşı - Əlisəfdər Hüseynov (I yazı)
https://525.az/img/pics/medium/2024-03/308277_bixbhlvc2s.jpg Jurnalistika - "tələsik yaradılan ədəbiyyat" - Gülay Tahirli yazır
search
29 Mart 2024

“Zidanın baş məşqçi olacağını gözləməzdim”

“Zidanın baş məşqçi olacağını gözləməzdim”

Portuqaliya millisinin sabiq futbolçu Luiş Fiqo “Goal.com”-a müsahibə verib.

Qol.az-ın xəbərinə görə, 44 yaşlı veteran yarımmüdafiəçi sabiq komandaları – “Barselona” və “Real” haqda sualları cavablandırıb, Çempionlar Liqasında favorit komandalarını açıqlayıb.

- “Barcelonanın” mövsümun əvvəlində transfer etdiyi Andre Qomeş haqqında nə düşünürsüz?

- Məncə, Qomeş fantastik keyfiyyətlərə sahib bir futbolçudur. Hazırda komandada adaptasiya dövrünü keçir. Ümumi olaraq əlindən gələnin ən yaxşısını etdiyini söyləyə bilərəm. “Barselona”da uğur qazanacağına inanıram.

- Zinəddin Zidanla “Real”da birlikdə oynamısınız. Həmin vaxtdan hiss edirdiniz ki, Zidanın baş məşqçi olmaq arzusu var?

- Xeyr. Çünki biz birlikdə oynadığımız zaman o, bu kimi suallara cavab vermirdi. Zidanın baş məşqçi olması mənim üçün gözlənilməz oldu. Amma “Real”da bu ana qədər çox yaxşı işlər görüb. Onun uğur qazanması məni xoşbəxt edir.

- Kriştiano Ronaldo bir hücumçudan daha artıq işlər görür. Onun haqqında nə düşünürsünüz?

- Ronaldo yüksək səviyyəli bir futbolçudur. Fikrimcə, o, hər mövqedə oynaya bilər. Çünki hədəfləri hər zaman yüksəkdir. Hər vəziyyətdə komandasına kömək edə biləcək futbolçudur.

- Luiş Fiqonun “ən yaxşı beş futbolçu”su kimlərdir?

- Zinəddin Zidan, braziliyalı Ronaldo, Raul Qonzales, Fernando Yerro, İlker Kasilyas.

- İspaniya La Liqasında çempionluğu kimin qazanacağını düşünürsünüz?

- Çempionluq yarışı “Real” və “Barselona” arasında kedir. Bu iki komandadan biri çempion olacaq.

- Bəs, Çempionlar Liqasında favoritiniz hansı komandadır?

- Doğrusu, çox güclü komandalar var. Lakin “Bavariya”, “Real” və “Barselona” mənim favoritlərimdir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.