https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
https://525.az/img/pics/medium/2024-03/308247_oo9k2t4ndt.jpg Prezident Rəşad Məcidi təltif etdi
https://525.az/img/pics/medium/2024-03/308179_uqkco4683w.jpg Beynəlxalq və milli səviyyədə qeyd edilən Elm Günü
https://525.az/img/pics/medium/2024-03/308184_qvwzs8uhve.jpg Sinan Səid
search
28 Mart 2024

"Cənub Qaz Dəhlizinin arxasında Qərb dünyası dayanır"

"Cənub Qaz Dəhlizinin arxasında Qərb dünyası dayanır"
"Biz TANAP-ı heç zaman başqa qaz layihələrinə, xüsusilə də Rusiyanın qaz layihələrinə alternativ və ya rəqib olaraq görmədik".

"APA-Economics" xəbər verir ki, bunu "Al Jazeera" telekanalına müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.
 
"Hətta Cənub Qaz Dəhlizini də bu cür layihələrə alternativ və ya rəqib olaraq görmürük. Cənub Qaz Dəhlizi tamamlayıcı layihə rolunu oynayır. "Nabucco" layihəsinin fiaskoya uğraması nəticəsində TANAP və TAP layihələri ortaya çıxdı. Cənub-Şərqi Avropa ölkələri Qərbi Avropa ölkələri ilə müqayisədə uzun müddətdir qaz mənbələrini diversifikasiya edə bilmirlər və bu səbəbdən bəzi problemlərlə üzləşirlər. Xüsusilə, əsas qaz tədarükçüsü olan Rusiyanın tranzit ölkələrlə yaşadığı problemlər səbəbindən bəzi ölkələrin qaz təchizatı ciddi təhdidlərlə üz-üzə qalır. Bu baxımdan TANAP sanki bir tamamlayıcı layihə rolunu oynayacaq və burada rəqabətdən söz gedə bilməz. Bu kəmər vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə 10 mlrd. kubmetr qaz nəql olunacaq ki, bu da TANAP-ın ciddi əhəmiyyətindən xəbər verir. Bundan başqa, Avropaya nəql olunan Rusiya qazı ilə TANAP-ın ötürücülük qabiliyyəti müqayisəolunmazdır", - deyə S.Düzyol qeyd edib.
 
Baş direktorun sözlərinə görə, Cənub Qaz Dəhlizi və onun komponentlərinin arxasında Qərb dayanır: "Bu yaxınlarda Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üçüncü Nazirlər Görüşü keçirildi. Tədbir iştirakçılarının siyahısında baxanda məlum olur ki, bu layihəyə olduqca böyük maraq var. Cənub Qaz Dəhlizi və onun komponentləri olan layihələrin arxasında Qərb dünyası dayanır. Belə olduğu halda layihənin uğurla başa çatdırılması şansları xeyli artır. Təbii ki, bütün layihələr kimi, bu layihə də siyasi risklərdən sığortalanmayıb. Diqqət edin, bu layihənin hüquqi təməlini təşkil edən anlaşmalar imzalanan zaman bir çox ölkələrin rəhbərləri, baş nazirləri, nazirləri ya imza atdı, ya şahid qismində çıxış etdi, ya da tam dəstəyini ifadə etdi. Çünki bu layihələr hər bir iştirakçı ölkənin siyasətinə və iqtisadiyyatına xeyir verəcək. Başqa sözlə, bu layihələrdən hər kəs qazanacaq. İnanıram ki, dünyanın siyasi gündəmində baş verən ciddi proseslər bu layihələr üçün risk yaratmayacaq. Hətta "soyuq müharibə" dövründə  Rusiya Qərbin qaz təchizatında problem yaratmadı və bunu unutmaq olmaz".
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.