https://525.az/img/pics/medium/2024-04/311395_vptuc1dqol.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
search
25 Aprel 2024

Azərbaycan kubokunun finalında "Xəzər-Lənkəran" - "Neftçi"

Azərbaycan kubokunun finalında  "Xəzər-Lənkəran" - "Neftçi"

Bu gün Azərbaycan kubokunun finalçıları məlum olub.

Qol.Az-ın məlumatına görə, yarımfinal mərhələsinin ilk cavab oyununda “Xəzər Lənkəran” “Bakı”nı qəbul edib və 2:0 hesabı ilə qalib gələrək ilk finalçı adını qazanıb.

“Qarabağ” – “Neftçi” oyununa isə maraq daha çox olub. Bu komandaların son vaxtlar bir neçə dəfə qarşılaşmaları və prinsipiallığın artması oyuna marağı daha da artırırdı. İlk oyunda “Neftçi”nin qonağı olan “Qarabağ”  səfər meydanında qapısından iki qol buraxsa da, bir qol vurmağı bacarmışdı. 

Təkrar matçda "Neftçi" hesabda geri düşsə də,sonradan iki qol vurub. "Qarabağ" isə bu qollardan birinin əvəzini çıxıb. 

Beləliklə, "Neftçi" iki oyunun nəticəsinə əsasən (2:1, 2:2) finala vəsiqə qazanıb.

Mayın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq həlledici oyunda "Neftçi" ilə onun əzəli rəqibi "Xəzər Lənkəran" qarşılaşacaq.


Azərbaycan kuboku, yarımfinal, cavab oyunları


24 aprel

21:00. "Qarabağ" - "Neftçi" - 2:2 
Qollar
: Riçard Almeyda, 41-pen (1:0), Elvin Yunuszadə, 42 (1:1), Nikolas Kanales, 76 (1:2), Emeka Opara, 86 (2:2)
İlk oyun 1:2
Tofiq Bəhramov adına Respublika stadionu 

19:00. "Xəzər Lənkəran" - "Bakı" - 2:0 
Qollar:
 Ağabala Ramazanov, 45+1 (1:0), Rahid Əmirquliyev, 81 (2:0)
Baş hakim: Elçin Məmmədov
İlk oyun 0:1
Lənkəran şəhər mərkəzi stadionu

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.