"Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmovun APA-nın verdiyi xəbərə görə, o, ürək çatışmazlığından ölüb.
Vida mərasimi mərhumun evində keçiriləcək. Kinoşünas Xırdalan qəbiristanlığında, həyat yoldaşının yanında dəfn olunacaq.
Qeyd edək ki, 65 yaşı bu il martın 2-də tamam olan A. Dadaşov əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor olub. Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino və televiziya” fakültəsinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edib.