Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti “Azərbaycan və Belarus birgə buraxılışı. Xalq rəqsləri” poçt blokunu dövriyyəyə buraxıb.
Layihə milli geyimlərin gözəlliyini və milli rəqslərin koloritini nümayiş etdirir. Markalar üzərində Azərbaycan və Belarusun qədim xalq rəqsləri “Tərəkəmə” və “Krıjaçok” təsvir olunub.
Poçt blokunun tirajı 15 min ədəd, hər markanın nominal dəyəri 50 qəpik təşkil edir.
Xatırladaq ki, 2011-ci ildə ölkələr “Musiqi alətləri” mövzusunda ilk birgə poçt markaları buraxıblar.