https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
28 Mart 2024

Yunan-Roma güləşçilərimiz Dünya Kubokunda

Yunan-Roma güləşçilərimiz Dünya Kubokunda

Yunan-Roma güləşi üzrə növbəti Dünya Kubokunun startına iki gün qalır.

16-17 martda İranın Abadan şəhərində planetin güclü güləş ölkələri aralarında ən güclünü müəyyən edəcək. Turnirin ənənəvi iştirakçılarından birinə çevrilən Azərbaycan yığması da bu mötəbər yarışda iddialılar arasındadı. Heyət bu barədə əmin danışmağa sövq edir:

59 kiloqram çəki dərəcəsi: Rövşən Bayramov, Taleh Məmmədov

66 kq: Kamran Məmmədov, Nofəl Babayev

71 kq: Həsən Əliyev, Rəsul Çunayev

75 kq: Elvin Mürsəliyev

80 kq: Rafiq Hüseynov

85 kq: İslam Abbasov

98 kq: Orxan Nuriyev

130 kq: Sabah Şəriəti, Oyan Nəzəriani 

Nisbətdə xeyli asan qrup

Bir neçə gün əvvəl atılan püşkün nəticəsi komandamız üçün uğurlu oldu. Son turnirin iki finalçısı, ümumən ən titulluları və nəhayət, hazırkı mücadilənin də önbaxış favoriti olan Rusiya və İrandan uzaq düşməyimiz, bəxtin bizdən sarı olduğunu deməyə əsas verir. Qrupumuzdakı Belarus və Ukraynanın bizə mane olmaq gücündə olmadığı açıq-aşkardı. Belədə qrupun taleyini Türkiyə millisi ilə ilk görüş müəyyənləşdirəcək. Türklərlə şanslara nəzər saldıqda, ilk baxışda sadəcə son iki çəkinin nisbətən zəif təsir bağışladığını görürük. Gənc Nuriyevin məşhur pəhləvan, "Rio-2016"nın bürünc mükafatçısı Cenk İldemi keçməsi xeyli çətin görünürsə, son Olimpiadanın bürünc mükafatçısı Sabah Şəriətinin titullu Rza Kayaalpla uğursuz statistikası da bu çəkilərdə şanslar nisbətini rəqibin xeyrinə edir.

Aşağı və orta çəkilərdə isə həm əvvəlki yarışlarda reallaşan görüşlər, həm də titul- təcrübə baxımından bizimkilər daha üstündü. 

Digər yarımqrup

Rusiya yığmasının heyətini nəzərə çatdırmiş, komandanın bu turnirdəki iddiasının nə dərəcədə böyük olduğunu qeyd etmişdik. Son iki olimpiya çempionu da daxil, hazırkı Rusiya yunan-Roma güləşinin bütün məşhur simalıarını Abadana aparan Koquaşvilinin iddiası turnirə xüsusi rəng qatır. Olimpiadaya görə nisbətən zəif heyətlə gəldikləri ötən ilki finalda qeydə alınan 0-8 hesablı məğlubiyyət, heç şübhəsiz ki, bunda az rol oynamır.

Ev sahiblərinin də kifayət qədər ciddi heyətlə təmsil olunduğu bu qrupda, böyük ehtimalla digər komandalar - Almaniya və Qazaxıstan öz aralarında beşinclilik görüşünə vəsiqə məsələsini həll edəcək

***

Yarışın İslam Oyunları ərəfəsində keçirilməsi Azərbaycan güləşçilərinə xüsusi stimul verir. Özünü göstərmək, heyətdə yer almaq üçün kifayət qədər böyük şansdı. Xüsusən iki nəfərin yer aldığı çəkilərdə ümumi nəticədən savayı, şəxsi rəqabət də söhbət mövzusudu. Komandamızın turnirdə ikiqat əzmlə mübarizə aparacağı gözlənilir.

Sport24.az

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.