V Qlobal Bakı Forumunun açılışında İtaliya prezidenti Serjo Mattarella və Böyük Britaniyanın baş naziri Tereza Meyin müraciətləri oxunub.
APA-nın məlumatına görə, İtaliya prezidenti müraciətində mədəniyyətlərarası dialoqun çox vacib olduğunu vurğulayıb.
S. Mattarella bu sahədə təşəbbüslərin artırılmasını vacib sayıb və V Qlobal Bakı Forumuna uğurlar arzulayıb.
Böyük Britaniyanın baş naziri Tereza Mey isə müraciətində xatırladıb ki, Qlobal Bakı Forumunu 5-ci dəfədir keçirir:
“Azərbaycanla Böyük Britaniyanın diplomatik münasibətlər qurmasının 25 ili tamam olub. Biz Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyirik. V Qlobal Bakı Forumuna uğurlar arzulayıram”.