“Azərbaycan elə ölkədir ki, burada müxtəlif millətlərin, müxtəlif dinlərin nümayəndələri yaşayır. Ona görə də Azərbaycan beynəlxalq forumun keçirilməsi üçün ən yaxşı ölkədir".
APA-nın xəbərinə görə, bunu Bakıda səfərdə olan Bolqarıstanın sabiq prezidenti Peter Stoyanov deyib.
O bu gün Bakıda keçirilən V Qlobal Forumun əhəmiyyəti barədə danışıb: “Bu çox vacib bir forumdur. Burada dünya ölkələrinin sabiq və hazırkı liderləri toplaşır ki, qlobal problemləri müzakirə etsinlər".
Azərbaycan-Bolqarıstan münasibətlərinə toxunan P. Stoyanov bu əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini qeyd edib.