Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi xəbərə görə, mülayim cənub-qərb küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-10, gündüz 15-20, bəzi yerlərdə 25-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, ayrı-ayrı yerlərdə duman qeydə alınacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 20-25, bəzi yerlərdə 28 dərəcəyədək isti, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 7-12, bəzi yerlərdə 15-18 dərəcəyədək isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 26-dan 28-dək Abşeron yarımadasında temperatur rejimi meteohəssas insanlar üçün əlverişli olsa da, atmosfer təzyiqinin xeyli tərəddüdü və arabir güclənən cənub küləyinin üstünlüyü bəzi insanlarda diskomfort hissi yarada bilər.