../img/pics/medium/90426_ej3fb0pabo.jpg “Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”
../img/pics/medium/90425_p1gh6jzlao.jpg “ABŞ Avropada hərbi mövcudluğunu genişləndirib”
../img/pics/medium/90416_x64i65h5e9.jpeg Ermənistan Rusiyanın Azərbaycana silah satmasından narahatdır
../img/pics/medium/90414_a1enbkib7s.jpg “Qazprom” Türkiyə bazarını tərk edə bilər
SON XƏBƏRLƏR
28 İyun 2017
27 İyun 2017

IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri biletlərinin qiyməti

IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri biletlərinin qiyməti<b style="color:red"></b> Bu gün “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarılıb.
 
APA-nın məlumatına görə, Bakıda bilet satışı ilə bağlı təşkil olunan tədbirdə IV İslam Həmrəyliyi Oyunların ilə bağlı videoçarx nümayiş etdirilib, mötəbər yarışın tarixi, həmçinin “Bakı-2017” çərçivəsində təşkil olunacaq idman yarışları barədə ətraflı məlumat verilib.
 
“Bakı-2017”nin ulduz səfirləri Tünzalə Ağayeva və Hacı Nuran, idmançı səfirlər - ikiqat Paralimpiya çempionu, cüdoçu İlham Zəkiyev və taekvandoçu Fəridə Əzizova ölkəmizin irimiqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdırıblar. Vurğulanıb ki, Azərbaycan yüksək təşkilatçılıq bacarığı ilə digər dövlətlərə nümunə göstərilir. Respublikamız növbəti möhtəşəm yarışa ev sahibliyi etməyə hazırlaşır. Cari ilin mayında bütün dünyanın idman nəbzi Azərbaycanda atacaq. Mayın 12-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları təşkil olunacaq. Dünyanın 55 ölkəsindən atletlərin qatılacağı yarış da yüksək təşkilatçılığı ilə fərqlənəcək.
 
Səfirlər azarkeşləri bilet almağa, həmçinin milli komandalarımıza azarkeşlik etməkdə fəal olmağa çağırıblar. Daha sonra “Bakı-2017”nin talismanları – “Cəsur” və “İncə” tədbir iştirakçılarını salamlayıb və onlarla xatirə şəkli çəkdiriblər.
 
“Bakı-2017”nin bilet əməliyyatları şöbəsinin rəhbəri Miryam Boqotaj 500 min biletin satışa çıxarıldığını nəzərə çatdırıb. Diqqətə çatdırıb ki, idman həvəskarları izləmək istədikləri yarışlara biletləri baku2017.com rəsmi veb-saytından və şəhərin müxtəlif yerlərində açılan 12 satış məntəqəsindən əldə edə bilərlər. Biletlərin satışa çıxarılacağı əsas ticarət mərkəzləri “Park Bulvar”, “Gənclik” və “28 Mall”dur. Bununla yanaşı, Oyunların keçiriləcəyi 16 idman obyektində də satış köşkləri fəaliyyət göstərəcək.
 
Bütün 190 idman sessiyası üçün nəzərdə tutulmuş biletlərin qiyməti 2-5 manat arasında dəyişir. On altı yaşadək olan şəxslər 13 idman arenasında keçiriləcək sessiyalar üçün güzəştli biletlərdən yararlanacaqlar. 2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına Arena, Milli Gimnastika Arenası və Tofiq Bəhramov adına Respublika stadionuna təyinatlı biletlərin qiyməti 1 manatdır. Digər idman obyektlərində keçiriləcək yarışlara isə biletlər pulsuz olacaq. Bakı Olimpiya Stadionu dünyanın hər yerindən açılış və bağlanış mərasimlərini izləmək üçün təşrif buyuracaq qonaqları qəbul edəcək. Açılış mərasiminə biletlərin qiyməti 20-200 manat, bağlanış üçün isə 10-100 manat olacaq.

 
Bölmənin digər xəbərləri
"Tayson, Holifild və Coşua Bakıya gəlir"
Oktyabrın 2-də Azərbaycanda ilk dəfə keçiriləcək WBC (Ümumdünya Boks Şurasının) Konvensiyasına 500-dək ən tanınmış peşəkar boksçu, hakim və digər rəsmi şəxs qatılacaq....
28.06.17
İtaliya futbol klubu satışa çıxarıldı İtaliya futbol klubu satışa çıxarıldı
İtaliyanın köklü komandalarından olan “Fiorentina” satışa çıxarılıb....
28.06.17
"Mançester Yunayted" onu "Çelsi"dən istəyir
“Mançester Yuneyted” “Çelsi”nin yarımmüdafiəçisi Nemanya Matiçi heyətinə cəlb etmək istəyir....
26.06.17
Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri
Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında şahmat turniri keçirilib. ...
26.06.17
Formula 1: Azərbaycan Qran Prisində rekord təzələndi Formula 1: Azərbaycan Qran Prisində rekord təzələndi
Dünən başa çatan Formula 1 üzrə Azərbaycan Qran Prisində 3-cü yer tutan "William" komandanın kanadalı sürücü Lance Stroll rekorda imza atıb. ...
26.06.17
“Qran-Prini yüksək səviyyədə keçirməyə davam edəcəyik” “Qran-Prini yüksək səviyyədə keçirməyə davam edəcəyik”
“Qran-Pri biz gözlədiyimiz yüksək səviyyəli təşkilatçılıqla müşahidə olundu. Hər şey əvvəlcədən müəyyən olunmuş qrafiklə həyata keçirildi. Əslində, bu bizim ilk qələbəmizdir”....
26.06.17
Formula-1 Azərbaycan Qran-Prisinin qalibi bəlli oldu Formula-1 Azərbaycan Qran-Prisinin qalibi bəlli oldu
“Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo Formula-1 Azərbaycan Qran-Prisinin qalibi olub. ...
25.06.17
Formula-1 Azərbaycan Qran-Prisinə start verildi Formula-1 Azərbaycan Qran-Prisinə start verildi
Bu gün Formula-1 üzrə dünya çempionatının yeddinci mərhələsinə - Azərbaycan Qran-Prisinə start verilib. ...
25.06.17
Formula-1 Azərbaycan Qran-Prisinin açılış mərasimi başladı Formula-1 Azərbaycan Qran-Prisinin açılış mərasimi başladı
Formula-1 üzrə dünya çempionatının yeddinci mərhələsinin - Azərbaycan Qran-Prisinin açılış mərasimi başlayıb....
25.06.17
"Formula-1": Hamilton birinci başlayacaq
Bakıda təşkil edilən “Formula-1” üzrə Azərbaycan Qran-prisində sıralama yarışı keçirilib....
24.06.17
"Formula-1": Azərbaycan Qran-prisində yeni lider
Bakıda təşkil edilən “Formula-1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşlər keçirilib....
24.06.17
Tanınmış futbolçu karyerasını bitirdi Tanınmış futbolçu karyerasını bitirdi
“Real Madrid, “Liverpul” klubunun və İspaniya yığmasının sabiq futbolçusu Alvaro Arbeloa karyerasını bitirib....
24.06.17
Moldova prezidenti Formula 1 Paddokunda Moldova prezidenti Formula 1 Paddokunda
Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov və federasiyanın vitse-prezidenti Mədət Quliyev Bakıda keçirilən Formula 1 yarışlarının ilk günündə Formula 1 Paddokunda olublar....
23.06.17
Bu gün Azərbaycan Qran-prisi start götürür Bu gün Azərbaycan Qran-prisi start götürür
Bu gün Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisinə start veriləcək....
23.06.17
"Real" Mbappe və Donnarumma ilə şifahi razılığa gəldi
"Real" "Monako”nun hücumçusu Kilian Mbappe "Milan”ın qapıçısı Canluci Donnarumma ilə şifahi razılığa gəlib. ...
22.06.17
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.