Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
APA-nın məlumatına görə, bu barədə BBC London polisinə istinadən xəbər verib.
Hadisə nəticəsində yaralananların sayı isə 40-a çatıb.
“Hazırda yaralıların sayı 40 nəfərdir. Onlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir. Ümumilikdə hadisə nəticəsində 1 polis əməkdaşı daxil olmaqla 5 nəfər həyatını itirib”, deyə Skotland-Yardın terrora qarşı mübarizə bölməsinin rəisi Mark Rouli bildirib.
London polisinin nümayəndəsi həmçinin bildirib ki, terror aktını törədən şəxsin kimliyi hazırkı mərhələdə açıqlanmayacaq.
Bundan əvvəl 4 nəfərin öldüyü, 20 nəfərin yaralandığı bildirilirdi.