https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
https://525.az/img/pics/medium/2024-04/310544_k4ade02sjo.jpg Estetik əməliyyatlara maraq niyə artır?
https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
https://525.az/img/pics/medium/2024-04/310612_wmh02p1qw2.jpg Göydəki kişi bilər, ona min şükür...
search
19 Aprel 2024

"Zidan kimi kiməsə baş zərbəsi vuraraq karyeramı bitirə bilərəm"

"Zidan kimi kiməsə baş zərbəsi vuraraq karyeramı bitirə bilərəm"

İtaliya millisinin qapıçısı Canluicci Buffon bu gün karyerasında 1000-ci oyununa çıxacaq.

Qol.az-ın xəbərinə görə, DÇ-2018-in seçmə mərhələsində Albaniyaya ilə keçiriləcək oyun 39 yaşlı qolkiper üçün yubiley olacaq.

Əfsanəvi qapıçı yerli mətbuata açıqlamasında görüş haqda fikirlərini bildirib: “Çox həyəcanlıyam. Nə deyəcəyimi bilmirəm. Bu oyun mənim üçün böyük fəxrdir. Onu deyə bilərəm ki, növbəti min oyun olmayacaq”.

“Yuventus”un qapıçısı karyerasını bitirəcəyi haqda sualı zarafatla cavablandırıb: “Ola bilsin ki, mən də Zidan kimi kiməsə baş zərbəsi vuraraq karyeramı bitirdim.  Ancaq əvvəlcə Rusiyadakı dünya çemopionatına yollanmalıyıq. Bəlkə də karyeramın sonu üçün ən yaxşı variant elə mundialdır”.

Qeyd edək ki, Buffon peşəkar karyerasına 1995-ci ildə “Parma”da başlayıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.