“Rusiyada etiraz aksiyası keçirmək üçün edilən müraciətlə əlaqədar bələdiyyə orqanlarının qərarı onların səlahiyyətləri çərçivəsində qəbul olunub”.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında deyib.
O, etiraz aksiyası zamanı həbslərə də münasibət bildirib:
“ABŞ və Avropa ölkələrində qanun pozuntusu baş verərkən, o cümlədən, etiraz aksiyası zamanı nümayişçilərin icazə verilməyən yerdə yığışması zamanı polisin onlarla necə rəftar etdiyini yaxşı xatırlayıram. Bu zaman dəyənəklərdən də, gözyaşardıcı qazdan da istifadə olunur.
Bizim jurnalistlərimiz, o cümlədən, ötən ilin payızında “Russian Today” kanalının çəkiliş qrupu ABŞ-da etiraz aksiyasını işıqlandırmaq istəyərkən bu halla üzləşiblər”.