Azərbaycan prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
525.az-ın məlumatına görə, polkovnik Rauf Rafiq oğlu Xələfov, polkovnik İlqar Əli oğlu Musayev, polkovnik Sahib Novruz oğlu Nağıyev və polkovnik Asif Mustafa oğlu Rüstəmova general-mayor ali hərbi rütbəsi verilib.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı əməkdaşları təltif edilib:
2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə:
Rzayev Ceyhun Fərzalı oğlu - general-mayor
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə:
Ələkbərov Fazil Nəriman oğlu - general-mayor Fərzəliyev Sultan Cavanşir oğlu - polkovnik Usubov Mütəllim Məhiş oğlu - polkovnik «Vətən uğrunda» medalı ilə: Ağayev Ramil Ağami oğlu - mayor Cəfərov Şəhruz Cəlaləddin oğlu - kapitan Səfərov Fuad Vaqif oğlu - polkovnik Süleymanov Elşən Müzəffər oğlu - mayor
"İgidliyə görə" medalı ilə:
Əlizadə Xəqani Sücayət oğlu - kiçik çavuş Fərzəliyev Muradxan Arif oğlu - kapitan Rəsulov Ramin Qabil oğlu - mayor Yusifzadə Emin Elxan oğlu - kapitan
"Hərbi xidmətlərə görə" medalı ilə:
Bağırov Elnur Bəxtiyar oğlu - mayor Bayramlı Elbrus Binəli oğlu - ədliyyə polkovnik-leytenantı Həmzəyev Rəşad Firidun oğlu - polkovnik Qasımov Səbuhi Vaqif oğlu - mayor Məmmədov Madar İbrahim oğlu - kapitan Məsimov Nazim Abbas oğlu – kapitan Musayev Mehman Fikrət oğlu - polkovnik Paşayev Elnur Elman oğlu - kapitan.