|
|
|
|
Şotlandiya mütəxəssisləri elektron qurğularda mətnin tez daxil edilməsi üçün “SWiM” adlı unikal texnologiya kəşf ediblər.
AzərTAc “DNI24” resursuna istinadla xəbər verir ki, əksər istifadəçilərin kiçik ekranlı sensorlu qurğularda mətnin yığılmasında çətinliklərlə üzləşməsi ilə əlaqədar Şotlandiyada bu prosesi sadələşdirmək və onu tezləşdirmək üçün yeni üsul tapılıb. Belə ki, yeni texnologiya sensorlu klaviaturada simvolları jestlər vasitəsilə yığmağa imkan verir. Bu, həm planşet kimi böyük ekranlı, həm də kiçik ekranlı (əvvəlki nəsil smartfonlar) qurğu istifadəçilərinə kömək edəcək.
Məlumata görə, “SWiM” texnologiyasını quraşdıracaq istifadəçinin mətni daxil etmək üçün sensorlu düymələrə basmasına ehtiyac qalmayacaq. Bunun əvəzində isə onlar qurğuları o tərəf-bu tərəfə əyərək jestlər vasitəsilə kursoru idarə edə biləcəklər. Kursor hərfdən hərfə keçərək onları mətn yerində çap edəcək. İstifadəçi yeni sistemə alışdıqdan sonra mətnin yığılması prosesi maraqlı və asan olacaq.