Bu gün səhər saatlarında “Vaxa” ləqəbli Azərbaycan əsilli “qanuni oğru” Baxış Əliyev növbəti dəfə Ukraynadan deportasiya edilib.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Baxış Əliyev dünən Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Kiyevin “Nauka” prospektində, 5 Azərbaycan əsilli mühafizəçisi ilə birgə saxlanılıb. Saxlanılanların hamısı səhər reysi ilə “Borispol” aeroportundan Antalyaya göndəriliblər. Bu, son 6 ayda Baxış Əliyevin Ukraynadan 3-cü deportasiyasıdır.