Bu gün saat 15:50 radələrində Bakının Binəqədi rayon ərazisində daha bir avtobus qəzası baş verib. Hadisə şahidlərinn ANS PRESS-ə verdikləri məlumata görə, Balaxanı-Novxanı yoluna, 4 yolun ayrıcında 123 saylı avtobusla “Kamaz” markalı yük maşını toqquşub. Qəza nəticəsində avtobusda sərnişinlərdən bir neçəsinin yaralandığı bildirilib.
Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, polis əməkdaşları qəza olan əraziyə göndərilib. Hələlik ətraflı məlumat verilməyib.