|
|
|
|
Yazıçı Natiq Məmmədlinin "Bekketə salam" hekayələr toplusu nəşr olunub.
Son üç ildə qələmə alınmış yeni hekayələrin yer aldığı kitabın "Bekketə salam" adlanması təsadüfi deyil.
Müəllifin bu adda hekayəsi 2014-cü ildə Mahmud Kaşğarlı beynəlxalq hekayə müsabiqəsinin milli seçim turunda ikinci mükafatı qazanıb.
Yazıçının bundan əvvəl "Ləyaqət düsturu" hekayələr toplusu və "Körpüdə ümid" romanı kitabları işıq üzü görüb.