Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev İrana səfər edəcək.
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, aprelin 29-a planlaşdırılan səfərdə R. Mehdiyevin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşəcəyi bildirilib.
Görüşdə iki ölkə arasında əlaqələrin, regional və beynəlxalq münasibətlərin genişləndirilməsi kimi məsələlərin müzakirə ediləcəyi vurğulanıb.