525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Yunanıstan sahil təhlükəsizlik xidməti rəsmiləri qəzada toqquşan gəmilərdən birinin adının "Piri Rəis" olduğunu bildirib. Gəminin Əlcəzairdən Ukraynaya gedərkən Yunanıstanın şimal-qərbindəki spineza adası sahillərində digər gəmiylə toqquşduğu bildirilib. "ConSouth" adlı digər gəmiyə ciddi ziyan dəyməyib. "Piri Rəis"in 10 ekipaj üzvünün itkin düşdüyü açıqlanıb.