Süni intellekt sahəsində çalışan mühəndis, çinli Zheng Jiajia özü və robot həyat yoldaşı arasında qeyri-rəsmi nikah mərasimi təşkil edib.
İKT.lent.az-ın “Mashable” saytına istinadən verdiyi məlumata görə, Z. Jiajia robotu özü düzəldib. Robot sadə cümlələrlə fikirlərini çatdıra bilir. O, Çin heroqliflərini də tanıyır.
Zheng Jiajia 3 il “Huawei” şirkətində çalışıb və orada süni intellekt və robot texnikası bölməsinə başçılıq edib. Hazırda o, özünün şəxsi “Brain of Things” startapında çalışır. Şirkətin mətbuat katibi isə onun robot həyat yoldaşıdır...