|
|
|
|
Qəbələ rayonunda zəlzələ olub.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ saat 14.29-da, Qəbələ rayonundan 19 km şərqdə qeydə alınıb. Zəlzələnin maqnitudası 4.20, dərinliyi 10 km olub. Zəlzələ Qəbələdə 3.0, İsmayıllı, Qusar və digər yaşayış məntəqələrində 3.0 - 2.0 bal gücündə hiss olunub.
Tikililərdə dağıntı yoxdur.